Qaxda ağır yol qəzası - 7 nəfər...

saytların hazırlanması

Evə çatdırılma

Qaxda ağır yol qəzası - 7 nəfər...

Hadisə

27 İyul 2021 20:15 1137


Qaxda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri - yaşyarımlıq uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır. /apa


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!