Qaxda ayı 57 yaşlı kişiyə hücum etdi 

saytların hazırlanması

Evə çatdırılma

Qaxda ayı 57 yaşlı kişiyə hücum etdi 

Hadisə

09 Oktyabr 2023 23:59 795


Qaxda yüksək dağlıq ərazidə ayı 57 yaşlı kişiyə hucum edib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın yeddisində rayonun Sarıbaş kəndi yaxınlığında dağlıq ərazidə baş verib. 

Rayonun Qaxbaş kənd sakini, 1966-cı il təvəllüdlü Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayının hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun hər iki ayağını dişləyib. F.Babayev ayını qorxuda bilib və yırtıcı heyvan ərazidən qaçaraq uzaqlaşıb.  Dominos pizza

F.Babayevə Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!