Qaxda dəhşət: sahibsiz it 6 nəfəri yaraladı

saytların hazırlanması

Evə çatdırılma

Qaxda dəhşət: sahibsiz it 6 nəfəri yaraladı

Hadisə

04 Yanvar 2020 09:12 1312


Qaxda sahibsiz it sakinlərə hücum edib.

"Yeni Sabah"ın "Report"a istinadən məlumatına görə, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.

Nəticədə Qax sakinləri - 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıblar.  Dördpendirli pizza

İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub. 

Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!