Qaxda mənzildən 11 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.
Onlar oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Dominos pizza
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Telegram kanalımız