Əfsanəvi “Qaya” qrupunun yaradıcısı və bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, 85 yaşlı Mirzəyev ömrünün son illərini yaşadığı İsraildə vəfat edib. pizza sifarişi
Teymur Mirzəyev 1961-ci ildə "Qaya" estrada-simfonik orkestrini yaradıb, onun bədii rəhbəri və solisti olub.
Ansambl SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi.
Telegram kanalımız