Qazax sakini heroinlə tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qazax sakini heroinlə tutuldu - Foto

Kriminal

11 Sentyabr 2022 09:12 983


Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Pərviz Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!