Qazaxda evdə partlayış olub -   Xəsarət alan var-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda evdə partlayış olub - Xəsarət alan var-VİDEO

Hadisə

06 Yanvar 2026 15:54 274


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Sezar pizza

Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!