Qazaxda yanğın oldu,   xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda yanğın oldu, xəsarət alan var

Hadisə

10 Oktyabr 2021 18:11 956


Qazax rayonunda fərdi evin həyətinə yığılmış ot bağlamaları yanıb, xəsarət alan var.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Böyük Cəfərli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus fərdi evin həyətində olan ot bağlamaları hələ ki, bilinməyən səbəbdən yanıb. Dominos pizza

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı bir nəfər, 1982-ci il təvəllüdlü İsrət Məmmədov qolundan xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırmalara başlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!