Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycanın XİN rəhbərinə zəng vurub.
"Yeni Sabah" xəbər verir ki, Ceyhun Bayramov mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İrandan Azərbaycanın Naxçıvan MR ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.
O, İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb. pizza sifarişi
Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.
Telegram kanalımız