Qazi COVİD-dən öldü - Anası da dözməyib vəfat etdi

Qazi COVİD-dən öldü - Anası da dözməyib vəfat etdi

Sosial

12 Yanvar 2023 10:17 520


Vətən Müharibəsi qazisi Zamir Osmanov vəfat edib. 

Yenisabah.az xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan vəfat edib. 

Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq. 

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb. 

Xəbəri ilk olaraq “lent.az” saytı yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!