Qazini maşın vurdu, sürücü hadisə yerindən qaçdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qazini maşın vurdu, sürücü hadisə yerindən qaçdı - Fotolar

Hadisə

15 İyul 2021 01:14 1009


Vətən müharibəsi qazisini avtomobil vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a qazinin yaxın qohumu məlumat verib.

Belə ki, 11 iyul axşam saatlarında 1998-ci il təvəllüdlü Elvin Alik oğlu Tağızadə yol-nəqliyyat hadisəsində ağır yaralanıb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. pizza

Hər iki ayağında qırıqlar meydana gəlmiş zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Qaziyə ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi “Bakı Sağlamlıq Mərkəzi”ndə davam etdirilir.

Qeyd edək ki,  Elvin Tağızadə İkinci Qarabağ müharibəsi qazisidir və “Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!