Qazinin çənəsini sındıran idmançı saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Qazinin çənəsini sındıran idmançı saxlanıldı - Video

Hadisə

06 May 2023 18:56 15210


Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis orqanında araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bu barədə məlumat verib.

Məlumata görə, N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Sezar pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!