Qazinin çənəsini sındıran Rəvan Nəbizadə kimdir?   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qazinin çənəsini sındıran Rəvan Nəbizadə kimdir? - VİDEO

Hadisə

06 May 2023 21:12 34555


Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Yenisabah.az xatırladır ki, nəticədə Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.

Hadisəni törədən Rəvan Nəbizadə ilə bağlı kiçik araşdırma apardıq.  pizza hut

Nəbizadə Rəvan Fikrət oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından idmanla məşğul olan Rəvan dəfələrlə yüksək nəticələr əldə edib. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir. Peşəkar boksla məşğul olub. Ağır çəkidə mübarizə aparan idmançı ötən il türkiyəli Akın İskəndərlə görüşdə rəqibini ikinci raundda nakautla məğlub edib. 

Həmin görüntüləri təqdim edirik:

Rəvan Nəbizadə İkinci Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolunu əks etdirən video da qısa araşdırma zamanı qarşımıza çıxdı. 

Xəbər verdiyimiz kimi, Rəvan Nəbizadə artıq polis tərəfindən saxlanılıb və layiq olduğu cəzanı alacaq. Bunu əminliklə demək olar. Nəbizadə peşəkar idmançıya yaraşmayan hərəkət edib. Qaziyə qarşı etdiyi bu hərəkətə görə onu hüquqi cəza ilə yanaşı cəmiyyət tərəfindən də ciddi tənqid gözləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!