Qazlar kəsiləcək?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qazlar kəsiləcək? - RƏSMİ AÇIQLAMA

Sosial

21 Fevral 2025 18:20 9481


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən ölkədə soyuq hava şəraiti və havanın kəskin sürətdə pisləşməsi ilə bağlı olaraq bütün növbədənkənar işçi heyətinin işə cəlb olunması prosesini həyata keçirib.

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, soyuq hava şəraitində abonentlər hər hansı bir problem yaşamasınlar: "May ayından etibarən hər il "Azəriqaz" İstehsalat Birliyi olaraq biz payız-qış mövsümünə hazırlıq prosesini icra edirik. Bu proseslər çərçivəsində yeraltı qaz xətlərinin yerüstü laylar üzərinə qaldırılması, korroziyaya uğramış qaz borularının yeniləri ilə əvəz olunması və sızmaların vaxtından aşkar olunması kimi tədbirlər həyata keçirilib. Bütün görülən işlər onu deməyə əsas verir ki, "Azəriqaz" olaraq biz abonentlərə söz vermişik ki, bu soyuq hava şəraitində heç bir ciddi problemlərlə üzləşməyəcəklər". Marqarita pizza

O qeyd edib ki, hər hansı bir ərazidə müəyyən mənada qazın təzyiqinin aşağı düşməsi kimi lokal problemlərin olması mümkündür: "Bu zaman belə bizim əməkdaşlar dərhal baş vermiş hadisəyə reaksiya verir və bu cür lokal problemlərin aradan qaldırılması istiqamətində əllərindən gələni edirlər. Abonentləri əmin edə bilərəm ki, bu soyuq hava kütləsinin mövcud olduğu günlərdə onlar ciddi problemlər yaşamayacaq".

E. Vəliyev həmçinin bildirib ki, 24 saat ərzində növbəlilik prinsipi ilə çalışan qurumun 104 qəza xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, gələn zənglərin vaxtında cavablandırılması və problemlərin aradan qaldırılması üçün işçi heyətinin sayı da artırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Reqsane
    Salam həqiqətəndə qaz problemimiz olmadi amma həddən artiq çox yazir ,limit qoyulub onu yəqin keçmişiy, ləğv olunsaydı yaxşi olardi, işsizliydi tam ödəyə bilmirik.
    1 year ago
  • RAHİM
    QAZLAR YOX. BİR. ÖRDƏKLƏR KƏSİLƏCƏK. DİLİ ZƏİF. BİLİRSƏN. QAZ KƏSİLƏCƏK YAZMAQ LAZIMDIR. ÜMUMİ İSİM TƏK YAZILIR.
    1 year ago