“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı

İdman

12 Yanvar 2022 01:31 674


Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, "qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb. Dominos pizza

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!