“Qəbələ” – “Dinamo” matçının başlama saatı bilindi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” – “Dinamo” matçının başlama saatı bilindi

İdman

19 İyul 2019 09:57 1074


2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin Tbilisi “Dinamo”su ilə baş tutacaq oyununun başlama saatı müəyyənləşib. 

“Yeni Sabah” xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq. Lakin həmin matçın saatı hələki müəyyənləşməyib.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!