Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
"Yeni Sabah" xəbər verir ki, ölkə kubokunun qalibi “Qəbələ” də bu gün öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib.
Əvvəlcə, qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin futbolçusu Levani Kutalianı hesabı açıb. Daha sonra Arfanq Daffe 87-ci dəqiqədə aradakı fərqi daha da artıraraq 2-ci qolu "Qəbələ"nin qapısından keçirməyi bacarıb. Pepperoni pizza
Beləliklə, bu nəticədən sonra "qırmızı-qaralar" səfərə məğlubiyyətlə yollanacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.
Telegram kanalımız