Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son oyununda "Neftçi" "Qəbələ"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 1:0. Bu nəticə sayəsində "Qəbələ" yenidən turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Xatırladaq ki. günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Sumqayıt" baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında 2022-ci ildə ilk qələbəsini qazanıb. pizza sifarişi
Qeyd edək ki, "Qarabağ" 25-ci turdan çempionluğu rəsmiləşdirib.
Qəbələ” – “Neftçi” - 1:0
Qol: İsnik Alimi, 76-pen
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
Telegram kanalımız