“Qəbələ” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

“Qəbələ” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

İdman

19 Dekabr 2022 18:09 726


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başa çatıb.

 "Qəbələ" evdə "Qarabağ"ı qəbul edib. İlk oyundan(2:2) fərqli bu dəfə görüşün taleyini 1 qol həll edib. Meydan sahibləri minimal hesablı qələbə sayəsində "Qarabağ"ı kubokdan kənarlaşdırıblar. 

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19 dekabr

16:00. "Qəbələ" - "Qarabağ" - 1:0

Qol: Ramon Maçado, 71

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

İlk oyun - 2:2

Qəbələ şəhər stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!