“Qəbələ” “Turan Tovuz”la heç-heçə etdi

“Qəbələ” “Turan Tovuz”la heç-heçə etdi

İdman

24 Dekabr 2022 17:11 618


Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Qəbələ" evdə "Turan Tovuz"la qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb - 0:0.

Günün digər oyununda isə "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

24 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0 

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

Qəbələ şəhər stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!