Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi

Hadisə

17 Yanvar 2022 23:14 646


Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunub. pizza

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!