Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar

Hadisə

13 Fevral 2022 21:11 712


Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.

Yenisabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. pizza hut

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!