2019/20 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub. Müqavilənin digər detalları haqqında ətraflı məlumat verilməyib. Dördpendirli pizza
Telegram kanalımız