“Qəbələ“nin futbolçusu cəzalandırıldı, klublar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“nin futbolçusu cəzalandırıldı, klublar cərimələndi

İdman

19 May 2023 13:47 858


AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. 

Yenisabah.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 34-cü turundakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub. 

“Qəbələ” - “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. pizza

"Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib. Görüşdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərərin “Qarabağ” klubu tərəfindən qarşılanması bildirilib.

"Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!