“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

İdman

07 Dekabr 2022 23:11 759


“Qarabağ”a qarşı 11 gün ərzində 3 oyun keçirmək çox çətindir”.

Yenisabah.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu İsnik Alimi Azərbaycan kubokunun 1/4 final mərhələsində və Premyer Liqanın XVII turunda “Qarabağ”la keçiriləcək matçlar barədə danışarkən deyib.

Şimali makedoniyalı yarımmüdafiəçi rəqibin güclü olmasına baxmayaraq, kubokda mərhələ adlamaq və çempionatda qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: “Hədəfimiz əlbəttə ki, qalib gəlməkdir. Çox çətin olacaq, amma cəhd eləməliyik. Bunun üçün bütün gücümüzü ortaya qoymalıyıq ki, istədiyimiz nəticələri əldə edək. Rəqibin çox yaxşı futbolçuları var. Bir-birlərini istənilən vaxt uğurla dəyişə bilirlər. Meydançaya kimin çıxmasından asılı olmayaraq, həmin oyunçu əsas heyət üzvü kimi çıxış edir. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparmalıyıq. Bir az da bəxt yanımızda olmalıdır”. pizza hut

28 yaşlı oyunçu qeyd edib ki, eyni rəqiblə tez-tez qarşılaşmaq təcrübəsini əvvəlki klublarında da yaşayıb: “Təkcə Azərbaycanda belə deyil. Xorvatiyada olanda da 10 komandalı çempionatda çıxış etmişəm. Liqada eyni rəqiblə mövsüm ərzində 4 dəfə üz-üzə gəlirsən. 10-11 komandalı çempionatlar var. Məncə, İsveçrədə də vəziyyət belədir”.

Qeyd edək ki, “Qəbələ” ilə “Qarabağ” dekabrın 8-də və 19-da ölkə kuboku, 13-də isə çempionat çərçivəsində üz-üzə gələcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!