"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq".
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu "Qəbələ" klubunun braziliyalı futbolçusu Rafael Utriq ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.
25 yaşlı hücumçu artıq mövsümün sonuna yaxınlaşdıqlarını bildirib: "Bu səbəbdən üzərimizdə daha çox işləməyə davam etməliyik. Klub beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq". Pepperoni pizza
Utriq ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı iki çətin matçın olacağını söyləyib: "İstər Azərbaycan Kuboku, istərsə də Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə uğrunda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq. "Qırmızı-qaralar" Premyer Liqada 20 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.
Telegram kanalımız