Qəbristanlıqdan gələn vahiməli səslər sakinləri qorxuya saldı, polis çağırıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qəbristanlıqdan gələn vahiməli səslər sakinləri qorxuya saldı, polis çağırıldı - VİDEO

Dünya

03 Sentyabr 2019 13:27 1370


Türkiyədə daha bir maraqlı hadisə baş verib.

“Yeni Sabah” xəbər verir ki, Aydın vilayətindəki Kızılcaköy qəbristanlığından gecə saatlarında gələn vahiməli səslər sakinləri təşvişə salıb.

Bildirilir ki, dərhal hadisə barədə polisə məlumat verilib və axtarışlar nəticəsində məlum olub ki, inilti səsi məzarların yaxınlığında yerləşən quyudan gəlir. Belə ki, dərinliyi 20 metr olan quyuda qızıl olduğu barədə şaiələrə inanan qızılaxtaranlar burada araşdırmalara başlayıb. Ərazidə axtarış keçirmək istəyən şübhəlilərdən biri ehtiyatsızlıqdan quyuya düşüb. Xilasedicilərin səyi nəticəsində ağır xəsarətlər alan şəxs quyudan çıxarılıb. pizza

Hazırda polis qaçmağı bacaran digər şübhəliləri axtarır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!