Qənirə Paşayeva Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Paşayeva Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım etdi

Mədəniyyət

09 Sentyabr 2021 21:33 6086


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əməkdar artist Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, komitə sədri qeyd edib ki, COVID-19 virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçu hazırda “Yeni Klinika”da intensiv müalicə alır.

“Tez-tez dəyərli xanımı Aynur xanımla da danışırıq. Müalicənin gedişi Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın şəxsi nəzarətindədir. Anar Ələkbərov Yaqub müəllimin ailəsi ilə də danışıb və müalicənin Mehriban xanımın nəzarətində olduğunu bildirib. Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun.”, - deyə Q. Paşayeva bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!