Qərar verildi:  6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Qərar verildi: 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Siyasət

27 İyul 2024 14:30 735


Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblərin təsdiqlənməsi zamanı məlumat verib.

Seçki bülletenlərində namizədlərin ad və soyadları əlifba sırası ilə yerləşdiriləcək: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir". Sezar pizza

Qərar səsverməyə qoyularaq qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!