“Qərb Azərbaycanı seçdi, Zəngəzur dəhlizi belə işləyəcək” - Minasyan

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Azərbaycanı seçdi, Zəngəzur dəhlizi belə işləyəcək” - Minasyan

Siyasət

14 Oktyabr 2024 20:54 1679


Avropa ölkələri və ABŞ Şərqlə Qərb arasındakı nəqliyyat dəhlizlərində Azərbaycan marşrutuna üstünlük verir.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni keçmiş deputat Qaqik Minasyan deyib.

“Son vaxtlar tez-tez Türkiyədən bəyanatlar gəlir ki, Ermənistan Ankaranın şərtləri əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizini açmasa, bu əlaqəni İran ərazisindən təmin etmək variantına üstünlük verəcək. Dördpendirli pizza

Çindən Avropaya - Şərq-Qərb quru əlaqəsi ilə bağlı üç variant var: Rusiya və İran, həmçinin Xəzər dənizi - Azərbaycandan üzərindən (Orta dəhliz). Orta dəhliz vasitəsilə rabitənin təşkilinin problem odur ki, dəmir yolu ilə daşınan mallar Xəzər dənizində gəmilərə yüklənməlidir. Buna baxmayaraq, Avropa ölkələri Şərq-Qərb layihəsində Rusiya və İran yox, Azərbaycan marşrutuna üstünlük verirlər”, - siyasətçi bildirib.

Minasyanın fikrincə, Mehridən (Zəngəzur) keçəcək dəhlizin açılmasıyla yolun qısaldılması Qərb üçün vacibdir. Onun sözlərinə görə, Qərb dövlətləri xəttin İrandan keçməsində maraqlı deyillər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!