Qətldə təqsirləndirilən qaziyə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Qətldə təqsirləndirilən qaziyə hökm oxundu

Kriminal

20 Sentyabr 2022 14:04 1055


Bakı Ağır Cinayətlər Məhkəməsində ölümdə təqsirləndirilən Vətən müharibəsi qazisinin işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Quliyev 9 il azadlıqdan məhrum edilib. Sezar pizza

İttihama görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyev 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməkdə təqsirləndirilir.

Hadisə nəticəsində Eynulla İbadov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. 

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, hadisəni törədən şəxs saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!