Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfər edəcək

Siyasət

04 İyul 2024 14:32 397


Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

Yenisabah.az “AKİpress”ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, - o bildirib. pizza sifarişi

M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları təbii fəlakətlər, onların yaratdığı təhlükələr, iqlim dəyişikliyi və TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər.

Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!