Qırğızıstan prezidentinin səlahiyyətləri genişləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan prezidentinin səlahiyyətləri genişləndirildi

Dünya

12 Oktyabr 2021 00:14 669


Qırğızıstan prezidenti Sadır Japarov “Qırğızıstan Respublikasının Nazirlər Kabineti haqqında” qanun imzalayıb.

Yenisabah.az xəbər verir ki, qanuna əsasən, ölkə prezidentinin səlahiyyətləri xeyli genişləndirilib.

Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra Japarov şəxsi təşəbbüsü ilə Baş nazir və hökumət üzvlərini vəzifədən azad edə biləcək. pizza mizza

Sənəd həmçinin Nazirlər Kabineti üzvləri üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirib. Belə ki, bundan sonra onlar sahibkarlıq fəaliyyətilə məşğul ola və seçki kampaniyasında inzibati resurslardan istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, adıçəkilən qanun Qırğızıstanda prezident respublikası idarəetmə üsuluna keçid prosesi çərçivəsində imzalanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!