Qış gəldi

saytların hazırlanması

Evə çatdırılma

Qış gəldi

Rəsmi

22 Dekabr 2019 06:15 2102


Bu səhər Azərbaycana qış fəsli daxil olub. Dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da qış fəsli ölkəyə qədəm qoyub. 

“Yeni Sabah” xəbər verir ki, bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur. Sezar pizza

Bu gecə həm də çillə gecəsidir. Bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək.

Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb çillə mərasimləri keçirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!