Qısqanc kişi qarşısına çıxanı bıçaqladı –   Bakıda kriminal

saytların hazırlanması

Evə çatdırılma

Qısqanc kişi qarşısına çıxanı bıçaqladı – Bakıda kriminal

Kriminal

20 May 2019 09:32 1516


Bakıda dəhşətli qətl baş verib. Hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü  Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü  Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə  olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Sezar pizza

Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!