Qısqanclıq hər kəsin yaşadığı insani bir duyğudur. Bəziləri bu duyğunu həddi aşmadan yaşasa da, elə adamlar var ki, qısqanclıq hissi ilə özlərinə həyatı dar edirlər. Astroloqlar bunu insanın sahib olduğu bürc işarəsi ilə əlaqələndirirlər.
Yenisabah.az ən qısqanc bürcləri təqdim edir:
Tərəzi ən qısqanc bürclərdən biri sayılır. Əslində, bu bürclə tərəfdaşlıq etmək çox münasibdir. Bu bürcdən olan biri ideal cütlüklə qarşılaşsa, həyatındakı insanı yenidən gözdən keçirə bilər. Ancaq subay Tərəzi bürcü ideal münasibət gördükdə, bu vəziyyət onun üçün daha da faciəli bir hal ala bilər. Onun qısqanclığının yeganə yaxşı tərəfi həmin hissin tez bir zamanda yox olmasıdır. Toyuqlu pizza
Qısqanc Qıza qarşı ehtiyatlı olun. Qızlar qısqanclıqdan əsəbiləşəndə çox iti dilə sahib olurlar. Ümumiyyətlə, onlar ən yaxşı variantı istəyirlər. Məsələn, illərini fitnes təlimatçısı olmaq üçün sərf edirsə və bu sahədə iş tapa bilmirsə, təcrübəsi az olan digərlərinin asanlıqla iş tapıb pul qazanmasından narahat ola bilər.
Buğa həyatı daha qəşəng və keyfiyyətli yaşamağı sevir. Ancaq hər Buğa dəbdəbəli həyat sürə bilməz. İnanılmaz dərəcədə qısqanc əhval-ruhiyyəli ola və hətta ekstravaqant həyat tərzi sürdüyünüz üçün sizi qınaya bilər. Xoşbəxtlikdən, bu hiss buğalarda müvəqqəti olur və tez keçir.
Şir bürcünün əyləncəli rəqabət enerjisi var, lakin sizin ondan üstün olduğunuzu hiss etsə, narahat və aqressiv olur. Eqoları təhdid edilmədikdə şirlər sakit ola bilir.
Xərçəng qısqancdırsa, mütləq bunu hiss etdirir. Ona təşəkkür edilməsindən həzz alır, əks halda həmin adamı aradan qaldırmağa çalışır.
Ən qısqanc bürclər siyahısında Əqrəb birinci yerdədir. O sizdə olanı istəyir və əldə edə bilmədikdə, güc oyunlarından istifadə etməyə başlayır.
Aytac Şahin
Telegram kanalımız