Qiyas İbrahimov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qiyas İbrahimov həbs edildi

Hadisə

22 İyun 2023 18:40 1296


"Vətəndaş Qiyas İbrahimov inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib".

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindın toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Dördpendirli pizza

Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!