Qız zorakılığa məruz qaldı, anası intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Qız zorakılığa məruz qaldı, anası intihar etdi

Kriminal

23 Mart 2022 10:12 757


Zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdirilib. 

Bu barədə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olan Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, xalasının sevgilisindən zorakılıq görən qızın anası özünü öldürüb:

“Azyaşlı qızımız xalasının sevgilisinin zorakılığına məruz qalır. Bu hadisəni isə heç kimlə bölüşə bilmir. Anası ilə kirayədə yaşadığı mənzilin sahibi onların evdən çıxmasını tələb etdikdən sonra anası və özünün qalması üçün ev axtarmağa başlayıb. Sonuncu dəfə ev axtarmaqdan qayıdanda evdə polislərin və təcili yardım xidmətinin olduğunu görərək böyük stress keçirib. Artıq anasının həyatda olmadığını, evdə canına qəsd etdiyini öyrənib.   Dominos pizza

Ötən gün anasının məzarını ziyarət gedən qız hələ də onun hansı səbəbdən özünə qəsd etdiyini anlamaqda çətinlik çəkir”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!