Qızıl ixracından gəlir 2,4 dəfə artıb – RƏQƏMLƏR

saytların hazırlanması

Evə çatdırılma

Qızıl ixracından gəlir 2,4 dəfə artıb – RƏQƏMLƏR

İqtisadiyyat

29 Avqust 2025 15:45 377


Bu ilin 7 ayında Azərbaycanın qızıl ixracı kəskin şəkildə artıb. Yanvar-iyun aylarında ölkə xaricə 178,7 milyon ABŞ dolları dəyərində qızıl satıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunur.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104,2 milyon dollar və ya 2,4 dəfə artım deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 74,5 milyon dollar dəyərində qızıl ixrac etmişdi. Pepperoni pizza

İyul ayında isə 33,9 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da ötən ilin iyul ayındakı 16,6 milyon dollarlıq göstəricidən 17,3 milyon dollar (2 dəfə) çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!