Qızılağac Milli Parkı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, FHN-in qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb. pizza hut
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Telegram kanalımız