Qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qızılın 1 unsiyasının qiyməti 1 500 dolları keçdi

İqtisadiyyat

07 Avqust 2019 14:32 1450


Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.

“Yeni Sabah” xəbər verir ki, eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!