“Qızlarıma görə teatrdan getdim” -  Allahverdi Yolçuyev

saytların hazırlanması

Evə çatdırılma

“Qızlarıma görə teatrdan getdim” - Allahverdi Yolçuyev

Mədəniyyət

12 Sentyabr 2021 18:14 2247


"Teatr əvəzolunmaz sehirli bir yerdir. Maaşa, iş vaxtına baxmırsan. Səhnə həqiqətən sehirli yerdir. Ora üçün darıxmamaq mümkün deyil. Tək aktyorlar yox, digər işçilər də öyrəşir. Canlı ünsiyyətdir. İntriqalar da olur, amma onsuz maraqsız olar".

Bu sözləri aktyor Allahverdi Yolçuyev "Kinomən" verilişində deyib. O, teatrdan getdiyi üçün peşman olduğunu deyib:

"Maddi yox, mənəvi tərəfdən yüksəkdir. Hər bir aktyorun evidir. Əlim xəstə olduğuna görə teatrda işləmirəm. Çox heyifslənirəm. Parkinson xəstəliyindən əziyyət çəkirəm. Böyük səhv etdim, uzaqlaşdım. ailəcanlı insanam, 4 qızım var. Oğlum olsaydı, işə göndərərdim. Qızlarıma görə el şənliklərinə üstünlük verdim, teatrdan getdim. Maddi tərəfdən onları təmin etdim: məktəvi, ailə qurmağı, cehizi var idi. Aktyoru təqaüdə çıxartmaq olmaz. Onu təqaüdə çıxaranda ölüm hökmünü imzalamış olursan. Yaşlı yaşlı obraz oynayar"./Moderator.az Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!