Qobustan qayaüstü təsvirləri Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Qobustan qayaüstü təsvirləri Bakıda

Sosial

13 Mart 2019 16:46 1029


“Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşan “Zamanla üz-üzə” sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib.

“Yeni Sabah” xəbər verir ki, sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş ilə tanış olmaq imkanı yaranıb. Martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədinin Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaratmaq olduğunu söyləyən V.İsayev vurğulayıb ki, sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə ərsəyə gəlib. Qeyd edib ki, sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstalyasiya formatında olan sənət əsərləri yer alır. pizza mizza

“Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi iki gün müddətində - martın 13-14-ü, saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq”, - deyə Vüqar İsayev bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Azərbaycan Rəssamlar İttifaqı tərəfindən həyata keçirilən silsilə tədbirlərin məntiqi davamıdır. “Reinkarnasiya” layihəsi çərçivəsində paytaxtın bir sıra muzeylərində müxtəlif sərgilərin təşkil edildiyini söyləyən nazir layihənin budəfəki mövzusunun Qobustana aid olmasını təqdirəlayiq hadisə hesab edib.

“Bu il Azərbaycan tarixi memarlıq sənəti üçün, bütün bu sahədə çalışan insanlar üçün çox önəmli bir ildir. Ölkəmizin tarixində ilk dəfə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Bu beynəlxalq tədbirdə dünyanın 200-dən artıq ölkəsindən 3 minədək nümayəndə iştirak edəcək”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov layihənin əhəmiyyətindən danışıb, belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.

Sonra qonaqlar martın 14-dək davam edəcək sərgi ilə tanış olublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!