Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu

Hadisə

10 İyun 2023 17:57 638


Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla vətəndaşın mobil telefonunu və nəqliyyat vasitəsinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib. Sezar pizza

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!