İsmayıllıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Göytəpə kənd sakini ona məxsus evdən 6850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.
Keçirilən əməliyyat zamanı cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Dominos pizza
Z.Piriyevanın oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Telegram kanalımız