Bu gün Gürcüstanda iki zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, axşam saatlarında Dmanisi rayonunun Sameba kəndində 3,4 bal gücündə zəlzələ baş verib. Bundan əvvəl isə Tbilisidən 25 kilometr məsafədə, Bolnisi yaxınlığında 3,5 bal gücündə zəlzələ olub. Dominos pizza
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Telegram kanalımız