Qonşular pedofili necə tutdu? - Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Qonşular pedofili necə tutdu? - Məhkəmə

Kriminal

10 Sentyabr 2022 11:26 1119


Bakıda 8 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1989-cu il təvəllüdlü Qulam Məmmədovun (ad-soyad şərtidir) məhkəməsi başa çatıb.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2021-ci ilin iyulun 31-də baş verib. Qulam Məmmədov 2013-cü il təvəllüdlü qızın binanın blokuna tək daxil olduğunu görüb və bundan istifadə edərək, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.  pizza

Pedofil bu zaman blokda olan müşahidə kamerasına düşüb. Bundan sonra 102 xidmətinə məlumat verilib. Əlavə olaraq, qonşular aralarında hər gün bir nəfərin eyvandan küçəyə nəzarət edərək həmin adamı yenidən görsə, polisə xəbər verməsi barədə razılaşblar.

Q. Məmmədov hadisədən bir gün sonra yenidən sözügedən binanın həyətinə gəlib. Bu zaman qonşulardan biri onu tutaraq, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə müvəkkilinə təhvil verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!