Qonşusuna kömək etmək istəyən Abşeron sakinini “tok“ vurdu

saytların hazırlanması

Evə çatdırılma

Qonşusuna kömək etmək istəyən Abşeron sakinini “tok“ vurdu

Hadisə

21 Yanvar 2022 10:26 692


Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə  sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması  nəticəsində hadisə yerində ölüb. pizza

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!