Qonşusunu kabab çəkdiyinə görə məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunu kabab çəkdiyinə görə məhkəməyə verdi

Dünya

04 Sentyabr 2019 20:18 1398


Maraqlı hadisə Avstraliyada baş verib. Vegeterian qadın qonşusunu kabab iyinə görə məhkəməyə verib.

“Yeni Sabah” “Bizimyol.info”a istinadən xəbər verir ki, masajçı işləyən Silla Karden qonşusunun ona rahat yaşamağa imkan vermədiyini bildirib. Kabab iyi vegeterian qadını çox narahat edir. Buna görə də Pert Qirrouhindəki qonşusunu məhkəməyə verib.

Kardeni təkcə kabab iyi narahat etmir. Massajçı qadın deyir ki, qonşusu onun ərazisində siqaret çəkir, axşamlar da od qalayır, uşaqlar çox səs salır. pizza

Vegeterian qadın istəyinə çata bilməyib. Qərbi Avstraliya inzibati tribunalı onun iddiasını qəbul etməyib. Çünki ortada konkret qanun pozuntusu yoxdur. Ali məhkəmə də apelyasiya şikayətinə məhəl qoymayıb.

Sillanın qonşuluğundakı ailə iddia barədə danışmaq istəməyib. Sadəcə deyiblər ki, şikayət əsassızdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!