Qorxulu günlər başladı: İyunun 3-nə kimi... - XƏBƏRDARLIQ! 

saytların hazırlanması

Evə çatdırılma

Qorxulu günlər başladı: İyunun 3-nə kimi... - XƏBƏRDARLIQ! 

Maraqlı

15 May 2024 15:27 2489


Məşhur astroloq Dinçer Güner gündəlik qoroskop şərhlərini paylaşıb. 

Yenisabah.az xəbər verir ki, Merkurinin iyunun 3-dək Buğa bürcündə səyahət edəcəyini bildirən Güner bu astroloji hadisənin bürclərə təsirlərini bir-bir izah edib. 

"Merkuri Buğa bürcünə keçəcək və iyunun 3-nə kimi bu bürcdə səyahət edəcək. Merkuri Buğa bürcündə olanda düşüncələrimiz yavaşlayır və biz tez qərarlar vermək əvəzinə, hər bir detalı diqqətlə nəzərdən keçirməyə meyl edirik. Bu, xüsusilə maliyyə məsələlərində daha diqqətli və hesablayaraq hərəkət edəcəyimiz bir dövrdür. Biz daha aydın, birbaşa və sadə danışırıq. Cəlbedici sözlər əvəzinə nə demək istədiyimizi dəqiq ifadə edirik.  Dominos pizza

Maliyyə məsələlərinə diqqət yetirmək və maliyyə planları qurmaq üçün əla zamandır. İnvestisiya, qənaət və məsrəflərlə bağlı daha məntiqli və səbirli qərarlar verə bilərik. Yaradıcı layihələrdə də bu dövrün təsirini hiss edirik. İncəsənət və sənətkarlıqla bağlı iş görmək üçün ilham tapa bilərik”, - deyə o bildirib. 

Astroloq əlavə edib ki, düşüncələrimiz və fikirlərimizlə bağlı daha sabit və inadkar ola bilərik. Bu, bəzən çevik düşünməyi çətinləşdirə bilər. Qəbul edilən qərarlar asanlıqla dəyişməyəcək və onları həyata keçirmək çox asan olacaq. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!